Bakı. Anaxanım Hidayətova - Trend:
Dağlıq Qarabağda, Ukraynada və Gürcüstandakı münaqişələr tamamilə qəbuledilməzdir.
Trend-in məlumatına görə, bunu AŞ PA-nın sədri Pedro Aqramunt assambleyanın payız sessiyasının açılışında deyib.
Onun sözlərinə görə, Avropa bu münaqişələri parlament diplomatiyası əsasında həll etməlidir.