Bakı. Azad Həsənli - Trend:
Belarus, Qazaxıstan və MDB-nin digər ölkələri öz nüfuzları ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə çalışırlar.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.
Səfir deyib: “Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Minsk qrupu məşğul olur. Burada MDB-nin yalnız bir ölkəsi – Rusiya təmsil olunur. Amma MDB-də bu münaqişə barədə bilirlər. Belarus, Qazaxıstan və digər ölkələrin rəhbərlərinin mövqeləri məlumdur. Onlar öz nüfuzları ilə münaqişənin həll olunmasına kömək etmək istəyirlər.”