...

ATƏT sədri və Rusiya XİN rəhbəri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2017 16:50 (UTC +04:00)

Bakı. Trend:

ATƏT-in hazırki sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts və Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada görüşəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Məlumatda bildirilib ki, nazirlər görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Görüş ATƏT sədrinin yanvarın 17-18-də Moskvaya səfəri çərçivəsində baş tutacaq.

Sebastyan Kurts rusiyalı həmkarı ilə eləcə də Avstriyanın builki sədrliyi, qurum daxilində əməkdaşlıq məsələləri və digər məsələlər barədə danışıqlar aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti