...

Ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkili yoxlanılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Mart 2017 14:23
Ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkili yoxlanılıb.
Ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkili yoxlanılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Düşmənlə təmas xəttində yerləşən hərbi hissələrə davam edən səfəri zamanı Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi bilavasitə ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkilini yoxlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən müdafiə naziri general-polkovnik Zakir Həsənova müasir qurğuların tətbiqi ilə qarşı tərəfi daimi və fasiləsiz müşahidə edən sistemin fəaliyyəti, onun atəş sistemi ilə əlaqəsi, eləcə də istehkam maneələrinin təkmilləşdirilməsi barədə məruzə edilib.

Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyəti bayram münasibətilə təbrik edən nazir, hərbi qulluqçuların vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etmələrinin müqəddəs borc olduğunu xatırladaraq, onlara işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olmalarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti