...

Ariel Koen: Makronun prezident seçilməsindən sonra Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 May 2017 12:39 (UTC +04:00)
Fransanın hər zaman Ermənistanı dəstəkləməsinə və erməni “soyqırımı”nın tanınması barədə qətnamənin təşəbbüskarlarından biri olmasına baxmayaraq, yeni prezident Emmanuel Makronun seçilməsindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə, ümumilikdə Cənubi Qafqazla bağlı siyasəti dəyişməyəcək
Ariel Koen: Makronun prezident seçilməsindən sonra Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyəcək

Bakı. Anaxanım Hidayətova - Trend:

Fransanın hər zaman Ermənistanı dəstəkləməsinə və erməni “soyqırımı”nın tanınması barədə qətnamənin təşəbbüskarlarından biri olmasına baxmayaraq, yeni prezident Emmanuel Makronun seçilməsindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə, ümumilikdə Cənubi Qafqazla bağlı siyasəti dəyişməyəcək.

Bunu Trend-ə Enerji, təbii ehtiyatlar və geosiyasət Mərkəzinin direktoru, Qlobal təhlükəsizliyin təhlili İnstitutunun aparıcı eskperti, “International Market Analysis” şirkətinin təsisçisi Ariel Koen deyib.

Onun sözlərinə görə, E.Makron administrasiyası əvvəlki hakimiyyətlərdən daha çox rusiyayönümlü siyasət aparacaq.

O, həmçinin qeyd edib ki, Fransa Almaniya və ABŞ-la da münasibətləri daha da möhkəmləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti