...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə fəal işləməyə davam edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2017 00:45 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endryu Şefer Minsk Qrupunun fəaliyyətində Birləşmiş Ştatları təmsil etməyə davam edəcək
ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə fəal işləməyə davam edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endryu Şefer Minsk Qrupunun fəaliyyətində Birləşmiş Ştatları təmsil etməyə davam edəcək.

Trend-in "News.am"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyində bildiriblər.

Səfirlikdə qeyd ediblər ki, Avropa və Avrasiya məsələləri üzrə Büro Minsk Qrupunda xüsusi nümayəndənin funksiyaları və kadrların artırılması ilə bağlı məsələlərlə məşğul olmağa davam edir.

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesini dəstəkləyir və ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərlə fəal işləməyə davam edəcək", - səfirlikdə bildiriblər.

Səfirlikdə əlavə ediblər ki, ABŞ Minsk qrupu tərəfindən qəbul olunan siyasətə sadiqdir - münaqişənin ədalətli həlli beynəlxalq hüquq əsasında olmalıdır.

Xəbər lenti

Xəbər lenti