...

ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vyana görüşünü alqışlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2017 18:04 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərinin dekabrın 6-da Vyanada baş tutan görüşünü alqışlayır.

Trend-in məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki Missiyasının müvəqqəti işlər vəkili Harri Kamian deyib.

Onun sözlərinə görə, ABŞ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT Minsk qrupunun səylərini dəstəkləyir: “Biz Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında dekabrın 6-da keçirilmiş görüşü və Minsk qrupunun həmsədrlərinin bəyanatını alqışlayırıq. Biz məmnunuq ki, Azərbaycan və Ermənistan prezidentləri oktyabr sammitində qoşunların qarşıdurma xəttində gərginliyin azaldılması üçün danışıqların aktivləşdirilməsi barədə razılığa gəlib”.

Xəbər lenti

Xəbər lenti