...

Ukrayna şəhərlərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2018 11:07 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən Ukraynanın müxtəlif şəhərlərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.
Ukrayna şəhərlərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən Ukraynanın müxtəlif şəhərlərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Ukraynanın Kiyev, Lvov, Odessa, Xarkov, Dnepr, Kirovoqrad, Nikoloyev, Jitomir və digər şəhərlərində yüzlərlə bilbordlar yerləşdirilib.

Bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında xarici vətəndaşları məlumatlandırmaqdır. Bu bilbordlar Ukrayna ərazisində bir ay müddətində mövcud olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti