...

NIKOIL | Bank-ın kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2018 17:36 (UTC +04:00)
NIKOIL | Bank-ın kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.
NIKOIL | Bank-ın kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib (FOTO)

Bakı. Trend:

NIKOIL | Bank-ın kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

NIKOIL | Bank-ın kollektivi Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar. Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti