...

Fransa XİN: Dağlıq Qarabağda hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 May 2018 14:47 (UTC +04:00)
Dağlıq Qarabağda hazırki vəziyyət və status-kvo Azərbaycan və Ermənistan arasında münaqişənin aradan qaldırılması üçün yol deyil.
Fransa XİN: Dağlıq Qarabağda hazırki vəziyyət münaqişənin həlli üçün yol deyil

Bakı. Əli Mustafayev - Trend:

Dağlıq Qarabağda hazırki vəziyyət və status-kvo Azərbaycan və Ermənistan arasında münaqişənin aradan qaldırılması üçün yol deyil.

Trend-in məlumatına görə, bunu Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

Fransalı nazir bildirib: "Fransa ATƏT-in Minsk Qrupunun hənsədri qismində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün lazımi səyləri göstərəcək və biz hesab edirik ki, bu istiqamətdə ATƏT-in işini gücləndirmək lazımdır".

Jan-İv Lö Drian həmçinin əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin statusu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla bugünki görüşün gündəliyində olub, məsələ müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti