...

Vyaçeslav Volodin: Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe nümayiş etdirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2018 12:35 (UTC +04:00)
Azərbaycan hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe nümayiş etdirib
Vyaçeslav Volodin: Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe nümayiş etdirib

Bakı. Trend:

Azərbaycan hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe nümayiş etdirib.

Trend-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Məlli Məclisin sədri Oqtay Əsədovla görüşü zamanı deyib.

O bildirib ki, Rusiya bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: “Dağlıq Qarabağ məsələsi bizi narahat etməyə bilməz. Münasibətlərin gərginləşməsini istəyənlər, xalqın sülh içində yaşamaq arzusunu eşitməyənlər əlbəttə ki, gərginlik yolu ilə gedirlər. Biz bu yolun qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Azərbaycan bu məsələdə hər zaman düzgün və konstruktiv mövqe tutub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti