...

Oruc Zalov: Torpaqlarımızda məskunlaşmış erməni vandalları sonradan həmin torpaqlara yiyələnmək üçün ən böyük pislikləri törədiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Noyabr 2018 13:17 (UTC +04:00)
Təəsüflər olsun ki, Azərbaycan xalqının humanist hisslərindən, qonaqpərvərliyindən istifadə edərək torpaqlarımızın ayrı-ayrı yerlərində məskunlaşmış erməni vandalları sonradan birbaşa həmin torpaqlara yiyələnmək üçün əllərindən gələn ən böyük pislikləri törədiblər.
Oruc Zalov: Torpaqlarımızda məskunlaşmış erməni vandalları sonradan həmin torpaqlara yiyələnmək üçün ən böyük pislikləri törədiblər

Bakı. Elçin Mehdiyev - Trend:

Təəsüflər olsun ki, Azərbaycan xalqının humanist hisslərindən, qonaqpərvərliyindən istifadə edərək torpaqlarımızın ayrı-ayrı yerlərində məskunlaşmış erməni vandalları sonradan birbaşa həmin torpaqlara yiyələnmək üçün əllərindən gələn ən böyük pislikləri törədiblər.

Trend-in məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda Komissiyanın üzvü, daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O qeyd edib ki, bu hadisələr daha da azğın xarakter alıb, keçmiş Ermənistan hakimiyyəti SSRİ rəhbərliyinin bu hadisələrə mülayim münasibətini hiss edərək Azərbaycanın tarixi torpaqlarında yaradılmış Ermənistan ərazisindən yüz minlərlə soydaşımızı köçürüb, onları soyqırıma məruz qoyub, mal və mülklərinə qəsd edib:

“Bu hadisələr törədilən vaxt doğulanların hazırda 25-30 yaşı var. Biz arxivdə olan məlumatları onlara çatdırmalıyıq. Daxili İşlər Nazirliyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına bu istiqamətdə bütün mümkün köməkliyi göstərməyə hazırdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti