...

ATƏT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində müsbət dinamikanın fəallaşmasına ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2019 17:07 (UTC +04:00)
ATƏT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində müsbət dinamikanın fəallaşmasına ümid edir
ATƏT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində müsbət dinamikanın fəallaşmasına ümid edir

Bakı. Ləman Zeynalova - Trend:

ATƏT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində müsbət dinamikanın fəallaşmasına ümid edir.

Trend-in məlumatına görə, bunu ATƏT-in baş katibi Tomas Qreminger Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

O bildirib ki, danışıqların dinamikası bir qədər yavaşlayıb:

“Amma ümid edirik ki, dekbarın 5-6-da Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı görüşü çərçivəsində planlaşdırılan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü müsbət dinamikanı fəallaşdıracaq”.

T.Qreminger məmnunluqla qeyd edib ki, tərəflər sakit və sabit vəziyyəti qorumaqda davam edir və bu da vacibdir, çünki söhbət təmas xəttindəki insanların - həm hərbçilərin, həm də dinc sakinlərin həyatından gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti