Bakı. Trend:
Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan qoşunlarının əsgəri ölüb.
Trend-in məlumatına görə, Erik Arutyunyan hərbi hissənin silah anbarında çənə hissəsindən güllə yarası ilə tapılıb.
Hospitala aparılan yolda əsgər vəfat edib.
Ermənistanın İstintaq Komitəsi “intihar həddinə çatdırma” maddəsi ilə cinayət işi açıb. Araşdırma aparılır.