...

BMT baş katibi: Ermənistanla Azərbaycan arasında tammiqyaslı münaqişə fəlakət olar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2020 21:11 (UTC +04:00)
BMT baş katibi: Ermənistanla Azərbaycan arasında tammiqyaslı münaqişə fəlakət olar

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş Ermənistan və Azərbaycan arasında artan gərginlikdən ciddi narahatdır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

S.Cüjarrik bildirib: "BMT baş katibi Azərbaycan ilə Ermənistan arasındakı gərginliyi dərin narahatlıqla izləyir. O, hər iki tərəfi maksimum təmkinli olmağa çağırır. İki ölkə arasında tammiqyaslı münaqişə fəlakət olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti