...

"Jamestown Foundation": Azərbaycan üçün "ulduzlar sıraya düzülüb"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2020 14:21 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Dağlıq Qarabağda döyüş vəziyyəti Ermənistanın baş naziri Nikol Paşinyan üçün çox pis davam edir.

Bunu Trend-ə “Jamestown Foundation”ın prezidenti Qlen Hovard deyib.

O bildirib ki, N.Paşinyan hakimiyyəti danışıqlar masasına oturmağa razılaşmasa bu vəziyyətdən çıxış yolu olmayacaq:

“Hesab edirəm ki, ABŞ-Fransa-Rusiya birgə bəyanatı Moskvanın Ermənistandan narazılığını göstərir. Digər tərəfdən, Türkiyə Azərbaycanı tam dəstəkləyir. Fikrimcə, vəziyyət Paşinyan üçün xoşəgəlməz şəkildə davam edir, ona görə də onlar guya Türkiyənin F-16 təyyarəsinin erməni qırıcısını vurduğunu, suriyalı cihadçıların Azərbaycan tərəfində döyüşdüyünü deyir”.

Q.Hovard qeyd edib ki, “ulduzlar sıraya düzülüb” ifadəsi hal-hazırda Azərbaycana tam uyğundur:

“Beynəlxalq arenada Azərbaycanın işləri yaxşı gedir. Azərbaycan kifayət qədər uzun müddət dialoqda iştirak edib. İndi Azərbaycan üçün özünü müdafiə etmək və ölçülüb-biçilmiş şəkildə Ermənistanı danışıqlar masasına oturmağa vadar etmək vaxtıdır. Azərbaycanın işğal olunmuş ərazilərinin böyük hissəsini qaytarması mümkündür. Azərbaycan sayca Ermənistanı üstələyir – 2-3 milyona qarşı 10 milyon. Hərbi baxımdan Azərbaycan hərbi modernləşmə proqramı sayəsində Ermənistan üzərində üstünlüyə malikdir”.

Münaqişənin həllində ATƏT-in rolu barədə danışan Q.Hovard bildirib ki, bu təşkilat mənasızdır və aktuallığını itirir:

“Fikrimcə, ATƏT Minsk qrupunun tərkibini dəyişmək və Türkiyəni daxil etmək lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti