...

Ermənistan mülki əhalini atəşə tutmaqla bizi yolumuzdan çəkindirməyə çalışır - Deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2020 10:13 (UTC +04:00)
Ermənistan mülki əhalini atəşə tutmaqla bizi yolumuzdan çəkindirməyə çalışır - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan dinc sakinlərin yaşadığı, münaqişə bölgəsindən uzaqda yerləşən yaşayış məskənlərini atəşə tutmaqla bizi qorxutmağa, yolumuzdan çəkindirməyə çalışır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Ramin Məmmədov Moldova mətbuatına müsahibəsində deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında danışan deputat qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, nəticədə bir milyon azərbaycanlı məcburi köçkünə çevrilib:

“Azərbaycan xalqına qarşı 1992-ci ilin 26 fevralında Xocalı soyqırımı kimi dəhşətli cinayət törədilib. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul etsə də, bu sənədlərin heç biri yerinə yetirilməyib. Azərbaycan məsələnin dinc yolla həlli üçün bütün imkanlara əl atdı. Lakin bu, Ermənistanda Azərbaycanın öz torpaqlarını azad etmək üçün başqa varianta əl ata bilməyəcəyi kimi yanlış təsəvvür formalaşdırdı. Azərbaycanı çəkindirmək, öz ərazilərindən imtina etməyə vadar etmək üçün Ermənistan yeni hərbi təxribatlar törətdi. Nəticədə, Azərbaycan Ordusu cavab verməyə məcbur oldu”.

Deputat bildirib ki, əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın mühüm bir hissəsini işğaldan azad edib:

“Buna baxmayaraq, Azərbaycan yenə də məsələnin sülh yolu ilə həllinə tərəfdardır. Təəssüf ki, Ermənistan ötən müddətdə humanitar atəşkəs haqqında əldə olunan 3 razılaşmanı hər dəfə pozaraq, işğaldan azad etdiyimiz əraziləri geri qaytarmağa cəhd göstərdi. Ermənistan dinc sakinlərin yaşadığı, münaqişə bölgəsindən uzaqda yerləşən yaşayış məskənlərini atəşə tutmaqla bizi qorxutmağa çalışır. Sentyabrın 27-dən indiyədək 90-dan çox dinc sakinimiz həlak olub, yüzlərlə dinc sakin yaralanıb”.

R.Məmmədov Azərbaycan dövləti və xalqının ölkəmizin ərazi bütövlüyünü təmin etməkdə qərarlı olduğunu diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti