...

Azərbaycanın Bolqarıstandakı səfirliyi mətbuatda Sumqayıt hadisələri ilə bağlı təhrif olunmuş məlumatlara cavab verib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2020 14:03 (UTC +04:00)
Azərbaycanın Bolqarıstandakı səfirliyi mətbuatda Sumqayıt hadisələri ilə bağlı  təhrif olunmuş məlumatlara cavab verib (FOTO)

Bakı. Trend:

Bolqarıstanda çap olunan “168 chasa” qəzeti və eyni adlı xəbər portalında Sumqayıt hadisələri ilə bağlı dərc edilmiş təhrif olunmuş məlumatlara cavab olaraq Azərbaycanın Bolqarıstandakı Səfirliyi tərəfindən tərəfindən qəzetin 30 oktyabr 2020-ci il tarixinə olan buraxılışında məqalə çap olunmuşdur.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi olduğu vurğulanmış, bunun məqsədinin isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq və Ermənilərin Azərbaycana qarşı olan ərazi iddiaları üçün zəmin hazırlanması olması qeyd olunmuşdur. Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğu sübut olunmuş, E.Qriqoryanın Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürməsi faktlarla göstərilmişdir. Sumqayıtda etnik zəmində törədilən iğtişaşın həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası olması qeyd olunmuşdur. Məqalədə ermənilərin ölkəmizə qarşı olan ərazi iddiaları və o zaman mövcud olan geo-siyasi vəziyyət haqqında ətraflı məlumat verilmişdir.

Müsahibələrin tam mətni ilə növbəti internet keçidi vasitəsilə tanış olmaq mümkündür:

https://www.168chasa.bg/article/9167016

Məqalədə:
Xəbər lenti

Xəbər lenti