...

Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam çıxarılması sülhün təmin olunmasında ən vacib hadisədir - Piter Teys

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2020 10:39 (UTC +04:00)
Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam çıxarılması sülhün təmin olunmasında ən vacib hadisədir - Piter Teys

Bakı. Trend:

Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam çıxarılması sülh və sabitliyin təmin olunması üzrə Avropa tarixində İkinci Dünya müharibəsindən sonra ən vacib hadisədir.

Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.

O qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanat Azərbaycan xalqının tarixində vacib səhifədir:

“Bu, həm də otuz il ərzində ilk dəfə Ermənistan hökumətinə beynəlxalq hüquqa əməl etməklə bağlı ilk real siyasi təzyiq cəhdidir. Mən Azərbaycan Prezidentinin bu cür tarixi nailiyyətini görməkdən çox məmnunam. Bundan başqa, Azərbaycanın xarici siyasətinin heyranedici nəticələrini görmək də sevindiricidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti