...

Azərbaycan və Ermənistan prezidentləri Paris yaxınlığındakı Rambuye qəsrində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair danışıqları davam etdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Fevral 2006 11:50 (UTC +04:00)

Fevralın 11-də Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryan Parisin 45 km cənub-qərbində yerləşən Rambuye qəsrində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının mümkünlüyünə dair danışıqları davam etdirir.

Trend in xəbər verdiyi kimi, cümə günü başlamış danışıqlar bağlı qapılar arxasında keçirilir. Danışıqların birinci raundu başa çatandan sonra hər iki ölkə başçısı mətbuata heç bir açıqlama verməyib.

"Dağlıq Qarabağ probleminin nizama salınmasının əsasının qoyulması istiqamətində real şanslar var", - deyə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşmüş Fransa prezidenti Jak Şirak qeyd edib.

Danışıqlar Rusiya, ABŞ və fransalı həmsədrlərin tərkibinə daxil olduğu "Minsk qrupu"nun dəstəyi ilə keçirilir. Danışıqların əsasında Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması, o cümlədən Dağlıq Qarabağın gələcək statusu ilə bağlı əhalinin rəyi durur.

Xəbər lenti

Xəbər lenti