...

Azərbaycan gənclərinin Əlaqələndirmə Şurasının fəalları Rusiyada Qarabağ müharibəsi veteranına baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2006 12:56 (UTC +04:00)

Qarabağ müharibəsinin veteranı Yaşar Əsgərov bir ay ərzində Moskvada S.Fyodorov adına Göz mikrocərrahiyyəsi İnstitutunda müalicə olunur. Trend in xüsusi müxbirinin məlumatına görə, mayın 24-də o, məişət şəraitində ciddi zədələnən gözündən 6 saatlıq mürəkkəb əməliyyat olunacaq. Onun digər gözü 1993-cü ildə Ermənistan-Azərbaycan cəbhəsinin Qazax rayonu istiqamətindəki hərbi əməliyyatlar zamanı qəlpə yarası nəticəsində kor olub.

Bu ərəfədə Rusiyadakı Azərbaycan gənclərinin Əlaqələndirmə Şurası (AGƏŞ) onu həm mənəvi, həm də maddi cəhətdən dəstəkləmək məqsədilə ona baş çəkiblər.

Xatırladaq ki, AGƏŞ Rusiyada keçirdiyi çoxsaylı aksiyaları ilə məşhurdur. Şura İsraildə ilik köçürülməsi tələb olunan Kənan Mirzəyev üçün vəsaitin toplanmasında fəal iştirak edirlər. AGƏŞ-nın hay-küy salan son aksiyası qondarma "DQR"in mayın 13-də Moskvada turizm sərgisində təqdimat mərasimi zamanı olub.

Xəbər lenti

Xəbər lenti