İyunun 4-də Buxarestdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryan arasında Dağlıq Qarabağ problemi ilə bağlı görüş keçirilib.
Trend in "Azadlıq" radiosuna istinadən xəbər verdiyi kimi, danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri də iştirak edib.
Görüşün təfsilatı hələlik açıqlanmır. ATI telekanalının məlumatına görə, İlham Əliyev və Robert Köçəryan arasında danışıqlar iyunun 5-də də davam etdirilə bilər.