...

QAT Ermənistanın iddialarının yerinə yetirilməsinə yönəlmiş danışıqlardan imtina olunmasını tələb edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Oktyabr 2006 14:08 (UTC +04:00)

"Biz işğalçı Ermənistanın iddialarının yerinə yetirilməsinə yönəlmiş danışıqlardan dərhal imtina olunmasını tələb edir və bildiririk ki, Azərbaycan xalqının iradəsinin ziddinə yönəlmiş hər hansı sənədin qəbul olunması və həyata keğirilməsinə yol verməyəcəyik". Trend in məlumatına görə, bu fikirləri Qarabağ Azadlıq Təşkilatının (QAT) oktyabrın 30-da yaydığı bəyanatındandır.

Bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin iştirakı ilə Moskva və Parisdə aparılan danışıqlar zamanı işğal olunmuş ərazilərimizin taleyi ilə bağlı ədalətsiz prinsiplərin müzakirə edilməsi, həmin prinsiplərin Brüssel görüşündə qəbul olunacağına dair məlumatlar bir sıra mənbələr vasitəsi ilə təsdiqlənir. Bu danışıqlarda işğalçı Ermənistanın yeni ərazi iddiaları, o cümlədən, Azərbaycanın Xocavənd, Ağdərə və Goranboy rayonlarının bir hissəsinə iddiaları, həmçinin Dağlıq Qarabağa "aralıq statusu"nun verilməsi, referendum və Azərbaycanın maraqlarına uyğun olmayan digər məsələlər müzakirəyə çıxarılır.

"Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, beynəlxalq təşkilatların erməni lobbisinin təzyiqləri altında faktiki olaraq ermənipərəst mövqe tutması, sülh danışıqlarında vasitəçilik edən dövlətlərin daha çox öz maraqlarından çıxış etməsi nəticəsində mümkün olub. Biz işğalçı Ermənistanın iddialarının yerinə yetirilməsinə yönəlmiş danışıqlardan dərhal imtina olunmasını tələb edirik"-deyə bəyanatda vurğulanır.

Xəbər lenti

Xəbər lenti