...

Qarabağ münaqişəsi zonasında yanğınlarla bağlı ATƏT missiyasının hesabatını Ermənistan obyektiv sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Yanvar 2007 16:45 (UTC +04:00)

Qarabağ münaqişəsi zonasında təmas xəttində baş verən yanğınlarla bağlı ATƏT missiyasının hazırladığı hesabatı Ermənistan obyektiv sayır. "Armİnfo" agentliyinə istinadən Trend xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Ermənistan XİN rəhbəri Vardan Oskanyan bildirib.

O bildirib: "Biz bu hesabatı görmüşük, orada vəziyyət çox obyektiv təsvir olunub. Bunun qarşısının alınmasına xüsusi önəm verilib, gələcəkdə bu cür situasiyaların təkrar olunmaması üçün konkret təkliflər göstərilib". Həmçinin əlavə edib ki, çox güman ki, yaxın zamanlarda hesabat nəşr olunacaq və ictimaiyyətin onunla tanış olmaq imkanı yaranacaq.

Xəbər lenti

Xəbər lenti