...

RF XİN başçısı Azərbaycandan və Ermənistandan olan həmkarları ilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2007 18:56 (UTC +04:00)

Yanvarın 23-də RF xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistanın XİN başçıları Elmar Məmmədyarov və Vardan Oskayanla görüşü keçirilib. Bu barədə Trend Rusiya XİN nəşr və məlumat departamentinin məlumatına istinadən xəbər verir.

Söhbətdə Dağlıq Qarabağ nizamlanması üzrə danışıqlar prosesinin perspektivləri və vəziyyəti müzakirə olunub.

Qarabağ nizamlanması üzrə danışıqlar yanvarın 22-23-də Moskvada beynəlxalq vasitəçilərin - ATƏT-in Minsk qrupu həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) iştirakı ilə keçirilmiş Dağlıq Qarabağ nizamlanması üzrə növbəti məsləhətləşmə çərçivəsində keçirilib. Rusiya tərəfindən görüşdə xarici işlər nazirinin müavini-statskatib Qriqori Karasin iştirak edib.

Xəbər lenti

Xəbər lenti