...

Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı faciəsinin 15 illiyinə həsr edilmiş bir sıra tədbirlər keçirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2007 14:14 (UTC +04:00)

Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı faciəsinin 15 illiyinə həsr edilmiş bir sıra tədbirlər keçirir. Səfirlikdən Trend ə bildiriblər ki, tədbirlər Türkiyə paytaxtı Ankarada keçiriləcək.

KİV səhifələrində faciəyə həsr olunmuş informasiya və foto materialların dərc edilməsi, o cümlədən Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovun müxtəlif telekanallarda müsahibəsi nəzərdə tutulub. Səfirlik türk və ingilis dillərində press-relizlər göndərəcək. Fevralın 26-da Keçioran rayonunda faciə zamanı həlak olmuşların xatirəsi anılacaq. Elə həmin gün Türkiyə parlamentində həmin günə həsr olunmuş sərgi açılacaq.

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bir sıra tədbirlərin və matəm konsertinin keçirilməsi planlaşdırılıb. Fevralın 26-da Türkiyə məscidlərində Xocalı hadisəsi qurbanlarının ruhlarına dualar oxunacaq.

Xəbər lenti

Xəbər lenti