...

Azərbaycan Prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri: "Xarici işlər nazirlərinin Cenevrə görüşünə ümid bəsləyirik"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend muxbir E.Huseynli/ Azərbaycan Prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan və Ermənistan xarici işlər nazilərinin martın 13-14-də Cenevrədə keçiriləcək görüşünə ümid bəsləyir.

N.Məmmədov Daglıq Qarabag problemi ilə baglı Ermənistan rəhbərliyinin müəyyən qərar çıxaracagına inandıgını deyib. Onun sözlərinə görə, nəhayət ki, münaqişənin həllində rəsmi Yerevan diplomatik, siyasi addım atacaq: "Ermənistan rəhbərliyinin ayrı çıxış yolu qalmayıb. Çünki Daglıq Qarabag münaqişəsinin həllində Azərbaycanın mövqeyi getdikcə güclənir. Türkiyə və Azərbaycanın həmrəyliyi, onların diasporlarının birgə fəaliyyəti bu mövqeyi daha da gücləndirəcək".

Xəbər lenti

Xəbər lenti