...

Avropa Şurasının baş katibi: "Azərbaycan və Ermənistanda xalqın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səbri tükənir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 May 2007 13:09 (UTC +04:00)

Fransa, Strasburq /müxbir Trend A.İsmayılova/ Avropa Şurasının baş katibi Terri Devis Strasburqda bəyan edib ki, Azərbaycan və Ermənistanda xalqın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səbri tükənir.

Azərbaycan jurnalistlərinin suallarına cavab verərkən o qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yalnız danışıqlar yolu mövcuddur. Onun fikrincə, ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə məşğul olur, lakin Azərbaycan və Ermənistandan çox şey asılıdır.

Avropa Şurasının baş katibi Azərbaycan və Ermənistanın təşkilata üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı götürdükləri öhdəlikləri xatırladıb.

Ermənistanın mövqeyinə gəldikdə, Devis bu məsələ ilə bağlı Avropa Şurasında olan insanların səbrinin nə vaxta qədər çatacağı ilə bağlı narahatlığını bildirib.

Xəbər lenti

Xəbər lenti