...

Atəşkəsin pozulması nəticəsində Azərbaycan Milli Ordusunun daha bir əsgəri yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyun 2007 18:18 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələrinin dünən cəbhənin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun daha bir əsgəri yaralanıb. Trend in bölgə müxbirinin sözlərinə görə, Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan 1988-ci il təvvəlüdlü Təhmasib Nəsrəddin oğlu Bəşərov əlindən və qarın nəhiyyəsindən aldığı güllə yarasından Sarıcalı hərbi qospitalına yerləşdirilib. Xəstəxanadan çərşənbə günü bildiriblər ki, yaralılın vəziyyəti normaldır.

Azərbaycan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti