...

ATƏT-in Minsk qrupu həmsədrləri Vyanada görüşəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2007 14:14 (UTC +04:00)
ATƏT-in Minsk qrupu həmsədrləri Vyanada görüşəcəklər

Azərbaycan, Bakı / müx. Trend E.Hüseynov/ ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə həmsədrləri təşkilatın baş qərargahının yerləşdiyi Vyana şəhərində məsləhətləşmələr aparmaq niyyətindədirlər. Çərşənbə günü Rusiyanın Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ üzrə qrupundan telefonla verilən məlumata görə, görüş yaxın günlərdə baş tutacaq.

Hazırda ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Parisdədir və həmsədr orada fransalı həmsədr Bernard Fasye ilə birlirkdə Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla məsləhətləşmələr aparır. Daha sonra rusiyalı diplomat Parisdən Vyanaya gəlməyi planlaşdırır. RF XİN-in Dağlıq Qarabağ üzrə qrupundan verilən məlumatda belə deyilir. Nazirlikdən həmsədrlərin Vyana görüşünün dəqiq tarixi ilə bağlı məlumatın olmadığını bidiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1998-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəmnində yaranıb. Azərbaycan torpaqlarının 20%-i , yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olublar və o vaxtdan bəri Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun himayəsi altında hələ ki nəticəsiz sülh danışıqları aparılır.

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik ATƏT-in Minsk qrupunun həmsədrlərinin Vyana görüşü barədə məlumatı təsdiq edib. Onun sözlərinə görə, amerikalı diplomat Metyu Brayza da görüşdə iştirak etmək niyyətindədir. Henik qarşıdakı görüşün dəqiq tarixi barədə məlumat verməyib, lakin qeyd edib ki, görüş yaxın günlərdə baş tutacaq.

Minsk qrupunun həmsədrləri sonuncu dəfə rəsmi olaraq ATƏT-in hazırkı sədri, İspaniyanın xarici işlər naziri Anxel Moratinos ilə mayın əvvəlində görüşüblər, bu görüşdən sonra isə regiona iki dəfə səfər ediblər. Azərbaycan və Ermənistan prezidentləri arasında sonuncu görüş iyunun əvvəlində Sankt- Peterburqda keçirilib.

Xəbər lenti

Xəbər lenti