...

Azərbaycanlı əsirlərin qaytarılması üzrə danışıqlar davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2007 20:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S. İlhamqızı/ Erməni əsirliyində olan Azərbaycan əskərlərinin əsirlikdən azad edilməsi barədə danışıqlar davam edir. Azərbaycan müdafiə naziri Səfər Əbiyev çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib.

"Bizim əskərlərin qaytarılması prosesinin uzadılması erməni əskərlərinin qaytarılması müddətində də özünü göstərəcək" - deyə nazir qeyd etmişdir.

Atəşkəsin ermənilər tərəfindən tez-tez pozulmasına çox sakit reaksiya verən Əbiyev, "bu müharibədir, atəş də açıla bilər, atəşkəs intensiv də pozula bilər ara-bir də". "Biz atəşkəs rejiminin pozulması faktları ilə beynəlxalq təşkilatları məlumatlandırııq", - nazir bildirmişdir.

Xəbər lenti

Xəbər lenti