...

Azərbaycanda seçki komissiyalarının 30 min nəfərə qədər üzvü maarifləndiriləcək

Siyasət Materials 26 Sentyabr 2007 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 15-dən başlayaraq, aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi məqsədilə, onlar üçün kurslar keçirəcək. Bu barədə çərşənbə günü Trend ə MSK-dan məlumat verilib.

Kurslar dairə və məntəqə seçki komissiyaları üzvlərinin seçki qanunvericiliyinə, seçki prosedurlarına dair məlumatlandırılması məqsədilə təşkil olunacaq. Kurslarda ümumilikdə 30 minə qədər dairə və məntəqə seçki komissiyası üzvləri iştirak edəcəklər. Onlara MSK üzvləri və MSK Katibiliyinin məsul şəxsləri kurs keçəcəklər.

Kurslar ilkin mərhələdə Bakıda olacaq, sonra Azərbaycanın regionlarında davam etdiriləcək. Dərsləri uğurla başa çatdıran komissiya üzvlərinə sertifikatlar veriləcək.

Azərbaycanda 125 seçki dairəsi, hər bir dairə seçki komissiyasının 9 r, məntəqə seçki komissiyalarının isə, 6 nəfər üzvü var.

Xəbər lenti

Xəbər lenti