...

BMT-də daimi nümayəndə: "İKT İraqda stabilliyin qurulmasına diqqəti artıracaq"

Siyasət Materials 29 Sentyabr 2007 11:45 (UTC +04:00)
BMT-də daimi nümayəndə: "İKT İraqda stabilliyin qurulmasına diqqəti artıracaq"

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / İslam Konfransı Təşkilatı (İKT) İraqda sülh və stabilliyin bərpa edilməsi prosesində öz iştirakını fəallaşdırmaq niyyətindədir. İKT-nin İraq üzrə əlaqələndirmə qrupu bu haqda qərarı Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının 62-ci sessiya çərçivəsində keçirilən görüşdə qəbul edib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin Nyu-Yorkdan telefonla xəbər verdiyi kimi,Azərbaycan, İraq, Misir, Pakistan və Seneqalın da daxil olduğu İraq üzrə əlaqələndirmə qrupunun əsas diqqəti Bağdadda təşkilatın ofisinin açılması, sektalara parçalanma təhlükəsinin qarşısının alınması və zorakılıqla mübarizədə birgə səylər məsələlərinə yönəlib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, İKT-də sədrlik edən ölkə kimi Azərbaycanın İraq probleminin həllində, ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasında maraqlı olduğunu qeyd edib.

Mehdiyev, əlaqələndirmə qrupunun bütün üzvlərinin, İraqda sülh və stabilliyin yaradılmasında səylərini birləşdirməyə hazır olduqlarını bəyan etdiklərini də qeyd edib.

İKT-nın əsası 1969-cu ilin sentyabr ayında qoyulub.Təşkilatda 57 ölkə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti