...

Bolqarıstanın baş naziri noyabrda Azərbaycana səfər edəcək

Siyasət Materials 8 Oktyabr 2007 17:26 (UTC +04:00)
Bolqarıstanın baş naziri noyabrda Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağqayeva/ Boqarıstanın baş naziri Serqey Stanişev noyabr ayında Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Yaxın zamanlarda Bolqarıstan hökumət başçısının Azərbaycana səfəri ilə bağlı hazırlıq işlərinə başlanılacaq. Bu barədə bazar ertəsi Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

Səfər Azərbaycanın baş naziri Artur Rasizadənin dəvəti ilə baş tutacaq. Daha öncə səfirliyin məsləhətçisi Famil Əliyevin Trend ə bildirdiyinə görə, Azərbaycana səfər etməklə bağlı niyyətini Bolqarıstan hökumətinin rəhbəri aprelin 17-18-də Sofiyada işgüzar səfərdə olan Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşündə də bildirmişdi. Baş nazir Bolaqarıstanın Azərbaycan hökuməti ilə ticari-iqtisadi əlaqələrin əhəmiyyətli dərəcədə genişləndirilməsində maraqlı olduğunu bildirib. Belə ki, onun fikrincə, hazırkı əməkdaşlıq mövcud potensiala uyğun deyil.

İki ölkə arasında əmtəə dövriyyəsi ötən il 56 mln. dollar təşkil edib ki, burada da Azərbaycandan Bolqarıstana ixrac 47 mln. dollar, idxal 9 mln. dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti