...

Bakıda MDB və Baltik ölkələrindən olan gənc liderlərin üçüncü beynəlxalq forumu keçirilir (video)

Siyasət Materials 12 Oktyabr 2007 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Cümə günü Bakıda MDB və Baltik ölkələrindən olan gənc liderlərin üçüncü forumu işə başlayıb. "Forumun ideyası, yəni MDB və Baltik dövlətlərinin gənc nəsil nümayəndələri üçün şəraitin yaradılması, keçmiş sovet məkanı çərçivəsində sabit və davamlı mövcudluq imkanlarını birgə müzakirə etməkdir və bu təqdirəlayiqdir" - deyə forumun açılışı zamanı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazirin sözlərinə görə, forum müasir dövrün problemlərini müzakirə etməyi qarşısına məqsəd qoyub.

Forumun məqsədi həmçinin, nazirin sözlərinə görə, qərarların qəbul edilməsi prosesində iştirak edən və iştirak edəcək insanlar üçün dialoq imkanının yaradılmasıdır.

Nazir həmçinin qeyd edib ki, müsəlman şərqinin ölkəsi kimi Azərbaycan inteqrasiyada maraqlıdır və öz mədəni, tarixi və intellektual xüsusiyyətlərini qoruyub saxlayır.

"Qlobal inkişaf dövründə gələcəyin yolunu müəyyən etmək vacibdir" - deyə Azərbaycanın Prezidenti Aparatı rəhbərinin köməkçisi Elnur Aslanov forumda bildirib. "Biz müzakirələrin açıq keçməsini istəyirik".

"Həm Azərbaycanda, həm də ölkə xaricində gənclərin problemləri barədə açıq danışmaq vaxtı gəlib çatıb" - deyə Rusiya Dövlət Dumasının deputatı, Dumanın MDB və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Əhməd Bilalov bildirib.

Onun sözlərinə görə, bu problemlərin yeni həll yollarını tapmaq lazımdır və əmin olduğunu bildirib ki, forum bu məqsədlə şərait yaradacaq.

Forumda aşağıdakı məsələlər müzakirə olunacaq: "Müasir dünyada keçmiş sovet məkanı: gələcəyin strategiyasının müəyyənləşdirilməsi", "MDB və Baltik ölkələrinin mədəni-informasiya məkanı: bizi nə birləşdirir", "MDB və Baltik dənizi ölkələrində milliyyətçilik və ksenofobiya: bu kimi hallara qarşı necə mübarizə aparmalı?"

Bu tədbir sayca üçüncüdür. İlk iki tədbir Rusiya tərəfinin təşəbbüsü ilə ötən və ondan öncəki il Soçidə keçirilib.

Forum təkcə geosiyasi və geostrateji maraqları koordinasiya etməyə deyil, həmçinin ən əsası gələcək əməkdaşlıq üçün sosial-mədəni bazis yaratmağa imkan verəcək. Forumun əsas konsepsiyası keçmiş sovet məkanını daha təhlükəsiz və perspektiv bir məkana çevirməkdir.

Xəbər lenti

Xəbər lenti