...

Amerikalı general: "Azərbaycan qlobal terrorizmlə mübarizədə ABŞ-ın əsas müttəfiqidir" (Video)

Siyasət Materials 16 Oktyabr 2007 19:42 (UTC +04:00)
Amerikalı general:  "Azərbaycan qlobal terrorizmlə mübarizədə ABŞ-ın əsas müttəfiqidir" (Video)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Azərbaycan terrorizmlə mübarizədə ABŞ-ın əsas müttəfiqidir. Bunu oktyabrın 14-də Azərbaycana səfər edən ABŞ hərbçiləri nümayəndə heyətinin rəhbəri Karl Stiner söyləyib.

General bildirib ki, ABŞ-ın milli müdafiə Universitetinin Kenstop proqramı üzrə məzunları Azərbaycanlı həmkarları ilə əməkdaşlıq etmək istəyirlər.

19 zabit və iki mülki şəxsdən ibarət nümayəndə heyəti oktyabrın 14-də Bakıya gəlib. Səfərin məqsədi Azərbaycanla tanışlıq, regionda gələcək əmıkdaşlığın qurulmasıdır. Onlar Xarici İşlər və Müdafiə nazirliklərində və 5 parlamentari ilə görüşlər keçiriblər. Görüşlərdə Azərbaycanlı hərbçilər üçün treninqlərin keçirilməsi və onların təhsil üçün ABŞ-ın Dənizçilik Akademiyası, Hərbi Hava Qüvvələri, həmçinin, Sərhəd Xidməti Akademiyalarına göndərilməsi imkanları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti