...

Prezident İlham Əliyevi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Vyetnam Sosialist Respublikasının Prezidenti təbrik edib

Siyasət Materials 17 Oktyabr 2007 21:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Respublikasının Dövlət müstəqilliyi gününün 16-cı ildönümü münasibətilə Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Minh Triet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Vyetnam xalqı adından və şəxsən öz adından təbrik edib.Məktubda deyilir ki,ötən illər ərzində ölkələrimiz arasındakı əlaqələrdə bir çox müsbət irəliləyişlər əldə edilmişdir. Yaxın gələcəkdə Vyetnam və Azərbaycan arasındakı ənənəvi münasibətlərin, çoxtərəfli və qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafeyi naminə daha da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə böyük inam ifadə edən Nquyen Minh Triet,həmçinin, Vetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə göndərdiyi səmimi təbriklərə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti