...

Azərbaycan neftinin qiyməti artıb

Siyasət Materials 25 Oktyabr 2007 17:26 (UTC +04:00)

Azərbaycan , Bakı/ Trend , müxbir V.Şərifov/ AZERI LT CIF Augusta neftinin qiyməti oktyabrın 24-də $84,04/barr təşkil edib, bu da əvvəlki qiymətdən $0,67/barr çoxdur. Bu barədə məlumatı cümə axşamı ARDNŞ-dən veriblər.

Azeri Light növlü neft işlənmə operatoru BP olan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. 2006-cı ilin noyabr ayından bu kəmərdə təmir işləri aparılır.

AZERI LT FOB Ceyhan neftinin qiyməti oktyabrın 24-də $83,43/barr təşkil edib ki, bu da əvvəlki qiymətdən $1,51barr çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır.

URAL (EX-NOVO) neftinin qiyməti oktyabrın 24-də $79,43/barr təşkil edib, bu da əvvəlki qiymətdən $1,49/barr çoxdur.

Oktyabrın 24-də Brent Dated neftinin qiyməti $83,66/barr təşkil edib, bu da əvvəlki qiymətdən $1,36/barr çoxdur.

Xəbər lenti

Xəbər lenti