Azərbaycan, Bakı/ Trend / Oktyabrın 31-də Bakı Fond Birjasında Milli Bankın 50100118S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 50 000 000 manat, hərraca çıxarılan həcm 45 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərracda 6 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 43 074 600 manat təşkil edib. Sifarişlər 99.39% (gəlirlik 7.89%) - 99.51% (gəlirlik 6.33%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.39% (gəlirlik 7.89%) orta ölçülmüş qiymət - 99.49% (gəlirlik 6.59%) səviyyəsində Milli Bank tərəfindən müəyyənləşdirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 2 160 200 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla 43 074 600 manat məbləğində müəyyən olunub. Notların ödəmə tarixi 28 noyabr 2007-cı ildir.