...

Aeroport yolunda ağır yol qəzası baş verib

Siyasət Materials 2 Noyabr 2007 00:42 (UTC +04:00)
Aeroport yolunda ağır yol qəzası baş verib

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Bakı Metropoliteninin "Məşədi Əzizbəyov" stansiyasının qarşısından Heydər Əliyev adına beynəlxalq hava limanına gedən yolda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə cümə axşamı 23.15 radələrində olub.

Qəza nəticəsində yüksək sürətlə hərəkət edən 10-JX-624 dövlət nişanlı "Tofaş", 10-MV-399 dövlət nişanlı "VAZ-21099" markalı avtomobillər ərazidə yol hərəkət nişanlarının çəkilməsi ilə məşğul olan "Borum" avtomobili ilə toqquşub. Zərbə nəticəsində "Borum" avtomobili yolun kənarında olan bordyura çırpılıb və müxtəlif hissələrə parçalanıb.

Xəsarət alanlardan üç nəfər ərazidə yol-hərəkət nişanlarının çəkilməsi ilə məşğul olan "Almara" şirkətinin işçiləridir.Hadisənin şahidləri onların ayaqlarının sındığını bildiriblər. İki nəfər isə "Tofaş" və "VAZ-210099" markalı avtomobilllərin sürücüləridir. Xəsərət alanlar Musa Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerində araşdırma aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi məsələ ilə bağlı ilkin araşdırma aparıldığını bildirib və əlavə məlumat verməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti