...

Türkiyə prezidentinin Azərbaycana səfəri zamanı imzalanacağı nəzərdə tutulan bir neçə sənəd hazırlanıb

Siyasət Materials 2 Noyabr 2007 00:12 (UTC +04:00)
Türkiyə prezidentinin Azərbaycana səfəri zamanı imzalanacağı nəzərdə tutulan bir neçə sənəd hazırlanıb

Türkiyə, Ankara / Trend müx. A.İsmayılova/ Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri zamanı imzalanacağı nəzərdə tutulan bir neçə ikitərəfli sənəd hazırlanıb. Bu barədə cümə axşamı Ankarada azərbaycanlı jurnalistlərə Türkiyə xarici işlər nazirinin müavini Əhməd Ünal Çeviköz məlumat verib.

Konkret olaraq Gülün səfəri zamanı Azərbaycanla Türkiyə arasında iqtisadiyyat, təhsil, elm, idman və gənclər sahəsindəki əməkdaşlığa dair sazişlər imzalanacaq. Çeviköz həmçinin bildirib ki, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsindəki əməkdaşlıqla bağlı sənədin imzalanacağı da planlaşdırılır.

Abdulla Gülün Azərbaycana səfəri 6-8 noyabrda gözlənilir. Bu, Gülün Türkiyə prezidenti qismində ilk xarici səfəri olacaq.

Xəbər lenti

Xəbər lenti