...

AŞ PA Monitorinq Komitəsinin iclasının gündəliyində Azərbaycanla bağlı məsələ yoxdur – nümayəndəliyin rəhbəri

Siyasət Materials 30 Noyabr 2007 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ AŞ PA Monitorinq Komitəsinin dekabrın 18 - də baş tutacaq iclasının gündəliyində Azərbaycanla bağlı məsələ gözlənilmir. Bu barədə jurnalistlərə cümə günü Azərbaycanın AŞ PA nümayəndəliyinin rəhbəri Səməd Seyidov məlumat verib. "Gündəlikdə Azərbaycanla bağlı məsələnin müzakirəsi gözlənilmir, lakin, Azərbaycan monitorinq altındadır və istənilən məsələ qaldırılıb, müzakirə oluna bilər" - Seyidov bildirib. Onun sözlərinə görə AŞ PA-nın qış sessiyasında da Azərbaycanla bağlı məsələlər müzakirə edilməyəcək və Gürcüstan, Ukrayna və Rusiya üzrə məsələlər prioritet olacaq.

Xəbər lenti

Xəbər lenti