...

"Dalğa" Gənclər Hərəkatı silsilə aksiyalar keçirəcək

Siyasət Materials 1 Dekabr 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ "Dalğa" Gənclər Hərəkatı dekabrın 10-dan 17-dək silsilə aksiyalar keçirəcək. Bu barədə Trend ə Hərəkatın sədri Vəfa Cəfərova məlumat verib.

10 dekabr- Ümumdünya insan haqları günüdür. "Dalğa" Gənclər Hərəkatı dekabrın 10-dan 17-dək olan tarixi "insan haqları həftəsi" elan edib. Bununla əlaqədar, gənclər həftə boyu insan hüquqlarının müdafiəsinə həsr olunmuş müxtəlif tipli tədbirlər təşkil edəcəklər. Açıq hava altında kiçik teart tamaşası, qadın azadlığına, uşaqların qorunmasına, söz və mətbuat azadlığının müdafiəsinə həsr olunmuş aksiyalar keçirilməsi, Bakıda 50 minə qədər broşuranın paylanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti