...

Azərbaycan və İran Xəzərin statusu üzrə növbəti məsləhətləşmələrə hazırdırlar-səfir

Siyasət Materials 13 Dekabr 2007 18:16 (UTC +04:00)
Azərbaycan və İran Xəzərin statusu üzrə növbəti məsləhətləşmələrə hazırdırlar-səfir

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Dekabrın ikinci yarısında Tehranda Xəzərin statusu üzrə növbəti məsləhətləşmələr planlaşdırılır. Azərbaycan və İran Xəzərin statusunun müəyyən edilməsi üzrə məsləhətləşmələrin davam etdirilməsi üçün öz iştiraklarını təsdiqləyiblər. Bu barədə cümə axşamı telefonla Tehrandan Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov məlumat verib. Digər üç Xəzəryanı dövlət--Rusiya. Qazaxıstan və Türkmənistan, hələ ki, İran tərəfini iştirakları haqqında məlumatlandırmayıblar. Görüş Xəzəryanı ölkələrin xarici işlər naziri müavinləri səviyyəsində planlaşdırılıb. Xəzərin dibinin bölünməsi məsələsindən sonra Azərbaycan, Rusiya və Qazaxıstanın bir-birinə qarşı iddiaları yoxdur. Ölkələr arasında bu məsələ üzrə ikitərəfli və üçtərəfli razılaşmalar var. Üç ölkə orta ayırıcı xəttin koordinatlarının müəyyən edilməsi üzrə razılığa gəliblər. Türkmənistan və İran bitərəf qalıblar. Bu səbəbdən, çoxillik müzakirələrə baxmayaraq, Xəzərin statusu müəyyən edilməyib. Xəzəryanı dövlətlərin başçılarının bu il oktyabrın 16-da Tehranda keçirilən sammitində tərəflər dəniz dibinin bölünməsi məsələsi üzrə ciddi bir irəliləyişə nail olmayıblar. Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan liderlərinin iştirak etdikləri sammitin əsas nəticəsi Bəyannamə qəbul edilməsi olub. Bəyannamə sənəddə göstərilən məqsədlərin reallaşdılımasının dəqiq qrafikini nəzərdə tutmasa da, tərəflərin təkliflərindən ibarət olub. Bəyannamə heç bir kənar dövlətin Xəzər dənizin resurslarından istifadə haqqında məsələlərin həllində rol oynamayacağı prinsipini möhkəmlədib. Qətnaməyə görə, dənizin hüquqi bölünməsinə "konsensus" yolu ilə nail olunmalıdır.

Xəbər lenti

Xəbər lenti