...

Fələstində yeni intifad başlanacaq- ekspert

Siyasət Materials 28 Dekabr 2007 19:39 (UTC +04:00)
Fələstində yeni intifad başlanacaq- ekspert

İsrail, Qüds / Trend , müxbir R.Abdullayev, R.Hafizoğlu/ İsrailin Baş naziri Ehud Olmertin Fələstindəki yeni yaşayış məntəqələrinin inşasının dayandırılması tələbini rədd etməsi "Fəth" və "Həmas" hərəkatlarının koalisiya yaradaraq, yeni intifadaya başlayacağı ilə nəticələnəcək", - deyə fələstinli ekspert Nasir Ləhham cümə günü telefonla Qəzzədən Trend ə bildirib.

Qüdsdə bu gün Fələstin prezidenti Mahmud Abbas ilə İsrail Baş naziri Ehud Olmert arasında keçirilən növbəti görüşü nəticəsiz qalıb. " Əl-Cəzirə" telekanalının verdiyi xəbərə görə, Olmert, Abbasın yeni yaşayış məntəqələrinin inşasının dayandırılması tələbini qəbul etməyib.

"İsrail bundan əvvəlki danışıqları da yarıda qoyub" - deyən ekspertin fikrincə, İsrail sülh danışıqlarının baş tutmaması üçün süni şəkildə məneələr yaratmaqdadır.

Olmert və Abbas arasında keçirilən danışıqların növbəti raunduna mane Qüdsün Ar-Xoma rayonunda 307 ədəd yaşaşış yerinin tikintisi ilə bağlı böhran olub. " Əl-Cəzirə" telekanalının verdiyi xəbərə görə, Olmert, Abbasın yeni yaşayış məntəqələrinin inşasının dayandırılması tələbini qəbul etməyib. "İsrail bundan əvvəlki danışıqları da yarıda qoyub"-deyən ekspertin fikrincə, İsrail sülh danışıqlarının baş tutmaması üçün süni şəkildə məneələr yaratmaqdadır.

Ləhham "İsrailin Mahmud Abbasın tələbini rədd etməsi siyasi rəqib olan "Hamas"və "Fəth" in birləşərək, yeni intifadaya başlamasına rəvac verəcək.İntifadanın başlanması İsrail üçün böyük itkilərə səbəb olacaq" - deyə vurğulayıb.

"Fəth"in ,"Həmas"dan fərqli olaraq, sülh danışıqlarına getməsini İsrailə etimad kimi deyil, fələstinlilərin öz müqəddəratını özlərinin həll etməyə cəhdi kimi qiymətləndirmək lazımdır" - deyə Fələstin politoloqu hesab edir.

"Fələstin hökumətinin sənədlərində İsrailin Qüds ətrafındakı yaşayış məntəqləri, eləcə də Mala-Adumim, Anatot, Mişor-Adium, Ar Xoma, Şərqi Talpiot, Qilo və başqaları, cəmi 31 rayon və yaşayış məntəqəsi "qanunsuz yəhudi müstəmləkələri" kimi göstərilir" - deyə beynəlxalq münasibətlər sahəsində ekspert, Bar-İlaq Universitetinin Ph.D səviyyəsində tədqiqatçı Arye Qut hesab edir.

Abbas administrasiyası torpaq sahibliyinin "qanunsuzluğunu" bir cəhətə görə təyin edir, belə ərazilərə, 1967-ci ildə "altı günlük müharibə"yə qədər İsrailin nəzarəti altında olmayan bütün ərazilər daxildir. "Fələstin hökuməti müharibədə uduzan İordaniyanın bu ərazilərə necə idarə etdiyini, İordaniya kralı 2-ci Abdullanın Qüdsü israillilərə verməyə çağırmasını xatırlamaq istəmir" - deyə ekspert şənbə günü verdiyi məlumatda bildirib.

İsrail ekspertinin fikrincə, "fələstinlilərin problemi Ar-Xomada və Maal-Adumimdə deyil, problem onların HƏMAS-a qarşı duracaq sabit hökumətlərinin olmamasındadır. "Abbas Olmertlə danışıqlarda sülhdən çox danışa bilər. Əgər Abbas Qəza sektorundan İsrailə hücum meydanı kimi istifadə olunmayacağına təminat verməzsə, Abbbasın bağlamağa müvəffəq olacağı istənilən sülh müqaviləsi faydasız olacaq. HƏMAS-ı güclə devirmək, güman ki, mümkün olmayacaq. İslamçılar Qəzzəda zorakılığın inhisarını yaradıblar" - deyə ekspert bəyan edib. "Şərqi Qüdsdə tikinti işlərinə fələstinlilər Qərb sahillərində məntəqələrin tikintisi kimi baxırlar" -deyə Qut hesab edir. Onun sözlərinə görə, Fələstin rəhbərliyi başa düşür ki, İsrail gələn ilin yanvar ayında ABŞ prezidenti Corc Buşun regiona səfərinə qədər münasibətlərin korlanmasını istəmir. AŞB prezidentinin İsrailə məktubunda bildirilir ki, ABŞ iri yaşayış mərkəzlərinin İsraildə saxlanacağına söz verir və İsrail bu sənədə əsaslanmaq hüququna malikdir. 2008-ci ilin büdcə layihəsində Qüdsün Ar-Xoma və Maale-Adium rayonlarında 750 yaşayış yerinin tikintisi üçün 100 mln. şekelin ayrılması xüsusilə vurğulanıb. Sol partiyalar bunu İsrailin verdiyi öhdəliklərin pozulması hesab edir.

Xəbər lenti

Xəbər lenti