Azərbaycan, Bakı / Trend K.Ramazanova/ 2009-cu ildən Azərbaycan Diplomatik Akademiyasının (ADA) beynəlxalq münasibətlər üzrə magistrlar proqramı fəaliyyət göstərməyə başlayacaq. Bu barədə cümə günü Akademiyadan məlumat verilib.
Akademiya 2007-ci ildən fəaliyyət göstərməyə başlayıb. İl ərzində ADA dünyanın müxtəlif universitetləri, diplomatiya akademiyaları ilə sıx əlaqələr qurub və Xorvatiya, Norveç, Rusiya və digər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin analoji strukturları ilə müqavilələr imzalayıb.