...

AMİP fəalının məhkəməsi davam etdirilib

Siyasət Materials 8 Yanvar 2008 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) İmişli rayon şurasının üzvü Musa Rahim Manafoğlunun həbsi barədə qərardan verilmiş apellyasiya şikayəti üzrə çərşənbə axşamı məhkəmə iclası keçirilib. Bu barədə çərşənbə axşamı Trend ə AMİP fəalının vəkili Ənnağı Məmmədli məlumat verib.

Manafoğlu İmişli rayonunda rüşvətxorluq, təhsilin aşağı səviyyədə olması, polis özbaşınalığı kimi hallara etiraz olaraq, ötən il müxtəlif formalı etiraz aksiyaları keçirib. O, uşaqlarını məktəbə buraxmayıb, aclıq aksiyası keçirib, evinin damından müxtəlif şüarlar yazılmış plakatlar açıb. Şüarlarını ölkə rəhbərliyinə ünvanlayaraq, İmişlidə özbaşınalığa, hərc-mərcliyə son qoyulmasına çağırışlar edib.

AMİP fəalı ötən il avqustun 23-də polisə müqavimət göstərməkdə ittiham olunaraq, polis bölməsinə aparılıb. Polis rəisinin müavini və daha iki polisə xəsarət yetirməkdə günahlandırılaraq, barəsində Cinayət Məcəlləsinin 221.2.2 və 315.1 maddələri ilə cinayət işi açılıb. Noyabrın 1-də İmişli rayon məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkilin sözlərinə görə, Manafov, həbsinə etiraz olaraq, istintaq zamanı ifadə verməyib, o, barəsindəki ittihamları qondarma hesab edir.

Məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə ilk iclas dekabrın 25-də Əli-Bayramlı Apellyasiya Məhkəməsində keçirilib və həmin iclasda Manafovun vəkili tələb edib ki, əhkəmə istintaqı keçirilsin.

Bugünkü prosesdə hakim Əhməd Nurməmmədov bu vəsatəti qismən təmin edib. Vəkil məhkəmə iclasına əlavə şahidlərin çağırılması haqqında vəsatət qaldırıb,bu da qismən təmin edilib. Hakim növbəti iclasda 3 nəfər zərərəçəkənin - İmişli rayon polis bölməsinin əməkdaşlarının iştirakının təmin edilməsi barədə qərar çıxarıb.

Növbəti iclas yanvarın 15-ə təyin edilib.

Xəbər lenti

Xəbər lenti