...

Prezident İlham Əliyev səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 10 Yanvar 2008 19:36 (UTC +04:00)
Azərbaycan, Bakı,10 yanvar/ / Prezident İlham Əliyev"Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda deyilir ki, səhiyyə sisteminin maliyyələşdirilməsi prinsipləri üzrə köklü islahatlar həyata keçirilmədən, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin arzu olunan səviyyəyə çatdırılması mümkün deyil.Odur ki, ölkədə səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarını yaratmaq, bu sahənin idarə olunmasını təkmilləşdirmək, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və icbarı tibbi sığortanın tətbiqinə başlamaq məqsədi ilə,səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyası təsdiq olunmalıdır. Nazirlər Kabinetinə iki ay müddətində 2008-2012-ci illəri əhatə edən Tədbirlər Planı hazırlamaq tapşırılıb.Sərəncam imzalandığı gündən qüvvədədir.,
Xəbər lenti

Xəbər lenti