Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir İ.Əlizadə/ 2007-ci ildə Azərbaycanda baş verən cinayətlərin 92 faizinin üstü açılıb. "Baş verən 10 cinayətdən yalnız birinin üstü açılmayıb. 2007-ci ildə cinayətkarlığa qarşı mübarizədə olan göstəriciləri uğurlu nəticə hesab etmək olar. Əvvəlki illərdə qazanılan uğurlar 2007-ci ildə də davam etdirilib, - deyə cümə günü jurnalistlərə açıqlamasında Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda kriminogen durum tamamilə nəzarət altındadır və cinayətkarlığa qarşı uğurlu mübarizə aparılır.
Usubov bildirib ki, yanvarın 26-da 2007-i ilin yekunları ilə bağlı DİN- də kollegiya iclası keçiriləcək və əldə olunan bütün nəticələr açıqlanacaq.