Rusiya, Moskva, 18 yanvar/ Trend müxbir R.Ağayev/ Öz müstəqilliyinin bərpa olunması üçün ən yüksək qiyməti məhz Azərbaycan xalqı, 1990-cı il yanvarın 20-də, Bakıda yaşayan yüzlərlə müxtəlif millətlərə mənsub heç bir şeydə günahı olmayan insanlar öz xalqına qarşı cinayət törədən sovet hərbçiləri ilə üz-üzə qaldığı zaman ödəyib. Belə bəyanatla Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu səfrilikdə təşkil olunan və 1990-cı il 20 yanvar faciəsinin 18 illiyinə həsr olunan, Azərbaycan və Rusiya ictimaiyyətinin nümayəndələrinin, politoloqların, elmi və mədəni dairələrin nümayəndələrinin, həmçinin Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi dairəvi stolda çıxış edib.
Dairəvi stolun işində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva da iştirak edib.
Azərbaycanın RF-dəki səfiri öz çıxışında bu hadisələrin Sovet İttifaqının dağılması və müstəqil dövlətlərin yaranması dövründə baş verdiyini xüsusilə qeyd edərək o günlərin hadisələrinə qısa ekskursiya edib. "SSRİ vətəndaşları amansız sovet rejiminin özünün demək olar ki itirilmiş səlahiyyətlərini göstərməsi adına öldürülüblər. Azərbaycanın qorxudulması aksiyası isə digər respublikalara ibrət üçün edilmişdi"-Bülbüloğlu bildirib.
Diplomat görkəmli siyasi lider Heydər Əliyevin vətəndaş mövqeyini xüsusilə qeyd edərək onun 1990-cı il yanvarın 21-də Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransında yanvar hadisələrinə ilk dəfə olaraq siyasi qiymətin verildiyi və onun tərəfindən bu hadisələrin "Azərbaycan xalqına qarşı qanlı cinayət" adlandırıldığı tarixi çıxışının əhəmiyyətini yada salıb.
Azərbaycanın Moskvadakı diplomatik nümayəndəliyinin rəhbəri "dairəvi stolun" keçirilməsinin müasir Rusiyanı 20 yanvar hadisələrində günahlandırmaq məqsədilə siyasi xarakter daşımadığını qeyd edib. "Azərbaycan rəhbərliyi Rusiyanı SSRİ-dən dəqiq ayırır. Bu heç bir halda günahı kiminsə üstünə atmaq üçün cəhd deyil. Bizim məqsədimiz-bu faciənin unudulmaması və o günlərin hadisələrini yenidən düşünülməsidir"-Bülbüloğlu bildirib.
"Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri, professor Tofiq Məlikli onun və bir çox həmvətənlərimizin Moskvada yaşadığı qanlı gecəni xatırlayıb. O Azərbaycan ictimaiyyətinin səhər tezdən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getməsini və burada Bakıdakı qanlı qırğını pisləyən müraciət qəbul etməsindən danışıb. Məlikli 18 ildə ilk dəfə olaraq həmin müraciətin mətnini oxuyub və bu müraciətin qəbulundan sonra təxminən beş minə yaxın nümayişçinin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindən MK Sov. İKP-dək piyada yürüş etdiyini, burada müraciəti Azərbaycan ictimaiyyəti adından təqdim etdiklərini bildirib.
Məlikli Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yanvar faciəsinin pislənildiyini, həmçinin faciənin siyasi-hüquqi qiymətləndirilməsi üzrə parlament komissiyasının yaradıldığını bildirib. Lakin indiyədək Bakıdakı o günlərin hadisələrinə beynəlxalq ictimaiyyətin geniş rezonansına nail olunmayıb. "Ocaq"-ın sədri Azərbaycan xalqının qısa tarixi yaddaş və unutqanlıq kimi mənfi xüsusiyyətini təəssüflə qeyd edib.
Heydər Əliyevin Bakıdakı yanvar faciəsinə verdiyi əhəmiyyətli siyasi çəki və dünya miqyaslı yeni impulsdan danışan yazıçı İlham Bədəlbəyli toplaşanlara o zaman ağır xəstə olan, lakin buna baxmayaraq faciənin səhəri günü daimi nümayəndəliyə gələn gələcək prezidentin sözlərini xatırladıb-"Bu gün mən öz xalqımla olmaya bilmərəm"
Siyasi və hərbi analiz İnstitutunun millətlərarası münasibətlərin problemləri şöbəsinin müdiri, politoloq Sergey Markedonov öz növbəsində 20 yanvar faciəsinin SSRİ-nin dağılması an baş verən digər faciələrlə birlikdə xüsusi öyrənilməyi və dərk edilməyi tələb etdiyini qeyd edib. Rusiyanın böyük ərazisinə görə, bəzən bu gün də Tbilisi, Vilnüs, Bakı və digər yerlərdə baş verən hadisələr faciə kimi deyil (misal kimi 20 yanvar faciəsini Azərbaycan xalqı dərk edir) o dövrlərdə qaynar nöqtələrdə yer alan qeyri-stabillik kimi dərk edilir. Heydər Əliyevin rolundan danışan Markedonov qeyd edib ki, onun Azərbaycanda hakimiyyətə gəldiyi vaxt Moskvada səhv olaraq düşünürdülər ki, o Moskva üçün münasib fiqurdur. Lakin məhz Heydər Əliyev sovet keçmişli siyasətçi məntiqi ilə ümummilli lider məntiqinin arasındakı fərqi təsdiq edib və milli dövlətin layiq lideri olub. Politoloqun rəyinə görə, müasir Rusiya özü və bütün beynəlxalq ictimaiyyət üçün hər şeydə Sovet İttifaqının varisi və ya keçmişinə görə məsuliyyət daşımayan tamamilə yeni dövlət olduğunu müəyyən etməlidir.
MDU-nun analitik informasiya mərkəzinin eksperti Aleksandr Karavayev də nə qədər ziddiyyətli olmalarına baxmayaraq sovet keçmişinin bütün hadisələrinə Stalin repressiyaları, aclıq və ya Bakıdakı qara yanvar olmağından asılı olmayaraq vahid mövqeyin hazırlanması və qiymət verilməsinin vacibliyindən danışıb. Onun rəyinə görə, məhz bu nəticədə belə hadisələrin, o cümlədən 20 yanvar faciəsinin düzgün başa düşülməsinə gətirə bilər.
Yazıçı, Heydər Əliyev və İlham Əliyev haqqında kitabların həmmüəllifi Viktor Andrianov alimlərin, jurnalistlərin və politoloqların simasında Azərbacyan və Rusiya ictimaiyyətinin birgə layihəsini həyata keçirməyi və Bakıdakı yanvar faciəsinin hərtərəfli analizinə həsr olunmuş "Qara gün haqqında Ağ kitab" yazmağı təklif edib. Viktor Andrianov belə layihənin həm Azərbaycanın Moskvadakı səfirlyi, həm də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirib.
Azərbaycanın Rusiaydakı səfirliyinin girişi önündə güllərin qoyulması və kədəri bildirmək üçün üzərində Qara Yanvarın qurbanlarının adbaad siyahısı ilə stend açılıb.